Bir nəfər maşınla gedərkən yolda qalmış bir nəfəri alır maşına.
Adam arxa tərəfə minir...
Şofer:
- qardaş hara gedirdin?
Adam:
- mən Əzrailəm..canını almaya gəlmişəm.
Şofer lağ edərək deyər:
- sənsən Əzrail? :D ahaha. ALLAH səni güldürsün. Sənin kimi Əzrail olar heç?
Adam sakit-sakit deyər:
- sən heç Əzrail görmüsən ki, gülürsən?
Və deyər..
— inanmadın hə mənə?
Şofer:
- əlbəttəki inanmadım..
Adam:
- inanmırsansa bax 200 metr qabaqda bir adam da yolda qalıb. Onu da maşına mindirərsən.
Həqiqətən də 200 metr qabaqda yolda bir adam görər və maşına mindirər.
amma adam qabağa oturar...hadisələr bundan sonra daha da qəribələşər.
Şofer yanındakına deyər:
- sən hara gedirsən?
yanındakı:
- məni mərkəzə qədər aparsan çox sevinərəm.
Şofer:
- Ay qardaş arxadakı adam mənə `mən Əzrailəm` deyir.. görürsən bu gədəni həm yaxşılıq edirəm həm də mənnən məzələnir.
qabaqda oturan adam arxaya baxar ama heçkim yoxdur....
Qabaqdakı deyər:
- arxada heçkim yoxdu axı.
Şofer əsəbi halda arxaya bir də baxar və deyər
- korsan baxda arxada oturub
qabaqda oturan adam arxaya bir də baxar
- sən içmisən? ya mənnən məzələnirsən?
arxadakı adam deyər:
- gördün? qabaqdakı məni nə eşidir nə də görür.
Şoferin qorxudan ayaqları əsməyə başlayır və rəngi dəyişir.
Arxadakı adam şoferə deyir:
maşından düş 2 rükət namaz qıl canını alacam..
Şofer ağlaya-ağlaya maşını saxlayar ve düşər maşından
sonra....
sonra nə oldu bilirsiz?
adamlar maşını qaçırtdırlar.. :DDD